| Термин | Определение |
|---|---|
| Açıq Əmr | əqdin baş verməsi və ya ləğv edilməsinədək qüvvədə olan qiymətli kağızın alınması və ya satılması haqqında müştərinin brokerə verdiyi əmr. |
| Adam-Gün | iş gününün müəyyən olunmuş uzunluğundan asılı olmayaraq bir iş günü ərzində bir adamın işini xarakterizə edən ölçü vahidi. |
| Adam-Saat | iş vaxtının ölçü vahididir. O, bir adamın bir saat faktik işinə uyğun olur |
| Adaptasiya | iqtisadi sistemin və onun ayrı-ayrı subyektlərinin, işçilərinin dəyişkən xarici mühitin şəraitinə, istehsal, əmək, mübadilə və həyat şəraitinə uyğunlaşması |
| Adaptiv Gözləmə | dəyişən kəmiyyətlərin gələcək nisbi qiymətlərinin, keçmişdə olan inkişaf tendensiyası ilə ekstrapolyasiyası əsasında iqtisadi agentin gözləntilərinin formalaşmasıdır |
| Adato | sənədin, eləcə də pul sənədinin və ya qiymətli kağızın təqdim edildiyi (verildiyi) tarix |
| Adcaster | sığorta hadisəsi zamanı sığorta olunan tərəfindən təqdim edilən iddia ilə bağlı məsələləri həll etməklə sığortaçının maraqlarını təmsil edən şəxs. |
| Addendum | sığorta və ya təkrar sığorta müqavilələrinə əlavə; belə müqavilələrin əvvəllər təsdiq olunmuş şərtlərinə tərəflər arasında razılaşdırılmış dəyişikliklərdən ibarətdir. |
| Additivlik və Qeyri-Additivlik | Sistemin hissələri və tamlığı arasındakı əlaqə, nisbət. Additivlik sistemin, obyektin hissələrinin məcmusundan ibarət olma xassələrinə uyğun gəlmir, ona görə də qeyri-additivlik təşkil edir. |
| Adi (normal) əməliyyat dövrü | Xammal, material, əmtəə və s. sərvətlərin alındığı, pul (kapital) qoyulduğu gündən etibarən onların nəticələrinin yenidən hazır məhsula, iş və xidmətə çevrilərək satıldığı dövrədək olan müddətdir.
|
| Adi Alıcı | formalaşan tələb və təklifi əsas tutan, risk etməyə meyili olmayan alıcı. |
| Adi anbar şəhadətnaməsi | Mal anbarı tərəfindən malın saxlanmağa qəbul olunduğunu təsdiqləyən adsız qiymətli kağızdır. |
| Adi anbar şəhadətnaməsi | Mal anbarı tərəfindən malın saxlanmağa qəbul olunduğunu təsdiqləyən adsız qiymətli kağızdır. |
| Adi Hüquq | rəsmi qəbul edilmiş hüquqi qanunlara deyil, konkret ölkədə və ya mühitdə təşəkkül tapmış adətlərə əsaslanan davranış normaları, qaydaları sistemi. |
| Adi İstiqraz | səhmlərə dəyişdirməyən, lakin emitent tərəfindən vaxtından əvvəl geri alına bilən istiqraz. |