I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Akseptant

göstərilən hesabı ödəməyi öhdəsinə götürən şəxsdir. 

Akseptləşdirilmiş Çek

bank akseptinə malik olmaqla üzərində göstərilən məbləğin çek alanın hesabına köçürülməsinə zəmanət verən çek. 

Akseptləşdirmə

bank tərəfindən mal göndərən, iş görən, yaxud xidmət göstərən tərəfə məxsus hesaba ödəniş edilməsi barəsində rəsmi razılığın təqdim edilməsi.

Akseptsiz Ödəmələr

müəssisələrin, təşkilatların, vətəndaşların ödəmə tələbnamələri əsasında mübahisəsiz qaydada silinən ödəmələridir

Aksiz

bir sıra kütləvi istehlak malları və xidmətlərin satış qiymətinə daxil edilən dolayı vergi növü

Aksiz

Latınca “accido”, fransızca “accise” – “kəsirəm” deməkdir, bəzi istehlak mallarına və xidmətlərə qoyulan dolayı vergi

Akt

Latınca “actus” – “hərəkət”, “actum” – “sənəd” deməkdir; iş, hərəkət, hadisə, qərar, hökm və bir hadisəni təsdiq edən sənəd. 

Aktiv Bank Əməliyyatları

kreditin təqdim edilməsi, qiymətli kağızların alınması və s. sərbəst vəsaitlərin yerləşdirilməsi üzrə aparılan bank əməliyyatları. 

Aktiv Hesablar

müəssisələrin, firmaların vəsaitlərinin uçota alındığı mühasibat hesabları, onların aktivləri.

Aktiv Kapital

ümumi kapitaldan borc öhdəliklərinin çıxılan hissəsi. Ka = K – D Ka – aktiv kapital, K – ümumi kapital, D – borc öhdəlikləri 

Aktiv Kapital

ümumi kapitaldan borc öhdəliklərinin çıxılan hissəsi. Ka = K – D Ka – aktiv kapital, K – ümumi kapital, D – borc öhdəlikləri 

Aktiv Əməliyyatlar

hər hansı iqtisadi subyektin, yəni dövlətin, müəssisənin, yaxud hər hansı fiziki şəxsin özünə məxsus olan maliyyə resurslarını mənfəət əldə etmək məqsədi ilə dövriyyəyə buraxmaq, yaxud idarə etmək. 

Aktivasiya

əvvəlcədən hazırlanmış prosedurun həyata keçirilməsi.

Aktivlər

müəssisənin malik olduğu və ya onun istifadəsində olan qiymətli vəsaitlərdir. İnzibati istehsalat binaları, anbarlar, nəqliyyat vasitələri, maşın və avadanlıqlar aktivlərə daxildir.

Aktivlərin Dövriyyə Əmsalı

aşağıdakı düsturla hesablanır: ADƏ = S/CA Burada, ADƏ – aktivlərin dövriyyə əmsalı, S – satış, CA – cəmi aktivlər

Go to top