I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Adresat

hər hansı göndərişi, o cümlədən maliyyə pul sənədini və s. alan tərəf

Adsız Depozit Sertifikatı

üzərində depozit sahibinin, əmanətçinin adı göstərilməyən depozit sertifikatı.

Adsız qiymətli kağızlar

Qiymətli kağız o halda adsız sayılır ki, ona əsasən borclu öhdəliyi bu qiymətli kağızı təqdim edən istənilən şəxsə icra etməyi öz üzərinə götürür.

Adsız Veksel

sənədi təqdim edən istənilən şəxsin ödənişi almaq hüququ olan veksel növüdür.

Advalor

Malların gömrük dəyərinə görə faizlə hesablanması.

Adxokratiya

firma üçün yeni olan məsələlərlə məşğul olan və bir qayda olaraq müvəqqəti xarakter daşıyan bölmə, təşkilati forma, onlar müxtəlif adlar daşıya bilərlər: işçi, ekspert, məqsədli qrup, işçi mərkəzləri, ştab, komanda və s. 

Aerodrom

Hava gəmilərinin uçuşu, enməsi, yönəldilməsi, dayanacağı və onlara xidmət edilməsi üçün xüsusi təchiz edilmiş qum və ya su sahəsi.

Aeroport (Hava limanı)

Hava gəmilərinin qəbul edilməsi, yola salınması və hava daşımalarına xidmət göstərilməsi üçün nəzərdə tutulan, bu məqsədlərə görə aerodroma, aerovağzala və zəruri avadanlığa malik olan qurğular, tikililər kompleksi.

Affiliasiya

“ana” şirkətin bölməsi, filialı və s. qismində həmin şirkətə birləşmə.

Affiliasiyalaşmış Şəxs

başqa, “ana” şirkətə tabe edilmiş olan törəmə şirkət.

Affilyasiya Qrupu

müxtəlif firmalara vahid rəhbərliyi həyata keçirən və yaxud müxtəlif şirkətlərdə paya malik olan, razılaşdırılmış siyasət aparan affilyasiya olunmuş şəxslərin qrupu. Affirmasiya – sənədlərin, o cümlədən maliyyə sənədlərinin, hesabların təsdiq edilməsi, düzgünlüyünə təminat verilməsi. 

Affinajçı

Yüksək əyar göstəricisinə malik olan qiymətli metalların külçələrini istehsal edən müəssisə.

Affirmasiya

sənədlərin, o cümlədən maliyyə sənədlərinin, hesabların təsdiq edilməsi, düzgünlüyünə təminat verilməsi. 

Aforfe

1) Vergiqoymada vergi orqanları tərəfindən mühasibatlığı yaxud düzgün mühasibatlığı olmayan şəxsin mənfəətinin öncədən qiymətləndirilməsi. 2) Köçürmə veksellər vasitəsilə beynəlxalq ticarətin maliyyələşdirilməsi.

Afyora

Fırıldaqçı iqtisadi fəaliyyət

Go to top