I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Ailə

Qohumluq və ya qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər və yaxud tənha yaşayan şəxslər.

Ailə Başçısını İtirməyə Görə Pensiya

“Vətəndaşların pensiya təminatı haqqında” AR qanununa görə “Vəfat etmiş ailə başçısının öhdəsində olmuş əmək qabiliyyəti olmayan ailə üzvlərinin ailə başçısını itirməyə görə pensiya almaq hüququ vardır.

Ailə Büdcəsi

müəyyən müddət ərzində, adətən 1 ay müddətində ailənin pul formasında gəlir və xərclərini göstərən və ya nəzərdə  tutan cədvəl

Ailə kəndli təsərrüfatı

Ailə üzvlərinin və onlarla birgə fəaliyyət göstərən şəxslərin fərdi əməyi və mülkiyyətində və ya icarəsində olan əmlak əsasında hüquqi şəxs yaratmadan kənd yerlərində istehsal və digər təsərrüfat fəaliyyətinin (məhsulların istehsalını, emalını, saxlanmasını, daşınmasını və satılmasını) birgə həyata keçirilməsi.

Ailə Mülkiyyəti

ailə üzvlərinə ümumi əsaslarda məxsus olan və özəl mülkiyyət növlərindən biri olan mülkiyyət.

Ailədə adambaşına düşən orta gəlir

Ailənin məcmu gəlirlərinin ailə üzvlərinin sayına nisbəti.

Ailənin İstehlak Büdcəsi

ailə büdcəsi, ailənin müəyyən dövr üçün gəlirlər və xərclər cədvəli.

Ajio

1) qiymətli kağızların, digər fond vəsaitlərinin və pul nişanlarının birja məzənnəsinin, onların nominal dəyərindən yüksək olmasıdır. 2) kağız pulun və valyuta dəyişdirilməsi və ya “zəif” valyutanın “güllə” valyuta ilə əvəzlənməsinə görə verilən haqqdır.

Ajio-Konto

gəlirləri və zərərləri göstərən hesab. 

Ajiotaj

bazarda konyunkturanın, tələb və təklifin, malların qiymətlərinin, qiymətli kağızların məzənnəsinin, valyuta məzənnəsinin kəskin dəyişməsi ilə əlaqədar yaranmış canlanma.

Ajur

Maliyyə təsərrüfat əməliyyatının həyata keçirildiyi gün onun mühasibat uçotunun aparılması.

Akkomadasiya Siyasəti

iqtisadiyyatda yaranmış şok vəziyyətlərinin nəticələrini aradan qaldırmağa, onların dağıdıcı qüvvəsini zəiflətməyə yönəldilmiş iqtisadi siyasət

Akkord Ödəniş, Akkord –

başa çatdırılmış işin haqqının göstəriş üsulu ilə birdəfəlik ödənilməsi, tamamilə yerinə yetirilmiş işlərin tam həcmi müqabilində işçilərə təşkilat, firma tərəfindən əvvəlcədən müəyyən edilmiş stavka üzrə əmək haqqının ödənilməsi

Akkord Vergiləri

dövlət tərəfindən gəlirlərin və alışın həcmindən asılı olmayan səviyyədə müəyyən edilən vergilər

Akkreditiv

– latınca “assreditivus” – “vəkalətnamə” deməkdir. 1) bir və ya bir neçə bankın sərəncam üzrə və müştəri hesabına fiziki 13 və ya hüquqi şəxslərə, göstərilən məbləğin ödənilməsi üçün verilən bank tapşırığıdır. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə görə. Akkreditiv bankın şərti pul öhdəliyi olub, müştəriləri vəkaləti əsasında müqavilə ilə onu kontragentlərinə verir. Akkreditiv açan bank sənədlərə uyğun şəkildə ödəmələri həyata keçirir. Aşağıdakı akkreditiv növləri açıla bilər: a) örtülən və ya örtülməyən; b) geri çağırıla bilməyən və ya çağırılmayan; 2) qeyri-nağd ödəmə qaydasıdır.

Go to top