"Be faithful to that which exists within yourself."
Andre Gide
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Akkreditiv Üzrə Hesablaşmalar

alıcının akkreditiv ərizəsinə uyğun olaraq, göstərilən xidmətə və ya yüklənmiş mala görə satıcının bank hesabına vəsait köçürülməsi üçün tapşırıq verdiyi xarici hesablaşma formasıdır. Adətən, akkreditivlər 45 gün müddətinə açılır.

Akkreditivin Bağlanması

akkreditiv üzrə pulların verilməsinə dair əməliyyatların dayandırılması haqda qeyd. 

Akkreditivin Bağlanması

akkreditiv üzrə pulların verilməsinə dair əməliyyatların dayandırılması haqda qeyd.

Akkreditivləşdirilmiş Broker

fond birjasının peşəkar üzvü kimi qiymətli kağızlarla müxtəlif əməliyyatlar aparan hüquqi və ya fiziki şəxs.

Akkreditivləşdirmə

hər hansı idarə, təşkilat, eləcə də fiziki və ya hüquqi şəxs üçün üçüncü şəxsin hesabına kredit vəsaitinin açılması. 

Akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi

Təkmil sertifikat vermək hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən şəhadətnamə ilə təsdiqlənmiş sertifikat xidmətləri mərkəzi.

Akonto

öncədən hesablaşma formasında idxalçı tərəfin ixracatçıya məxsus hesaba ödənişi

Akselerasiya

borc alan tərəfindən kredit müqaviləsi şərtlərinin hər hansı birinin pozulduğu təqdirdə kredit məbləğinin vaxtından öncə geri qaytarılması barədə kreditorla borc alan arasındakı razılaşma. 

Akselerator

İnvestisiya həcmi və dinamikasının istehlak mallarına olan tələbatdan asılı olmasını şərtləndirən iqtisadi model. Bu model C.M.Keyns tərəfindən təklif olunmuşdur

Aksepdən İmtina

ödəyicinin ona təqdim edilmiş hesabları, hesablaşma sənədlərini ödəməkdən yazılı şəkildə tərtib edilmiş rəsmi imtinası. 

Aksept

Ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı

Aksept Evi

xarici ticarətin kreditləşdirilməsi üzrə ixtisaslaşan bank müəssisəsi. 

Aksept Krediti

bank tərəfindən köçürmə vekselin akseptləşdirilməsi qaydasında təqdim edilən kredit. 

Aksept Tapşırığı

idxalçı tərəfin ona xidmət edən banka onun hesabında olan vəsaitin qismən və ya tam həcmdə müəyyən bir hesabda deponlaşdırılması və aksepti barəsində təqdim etdiyi ödəniş tapşırığı. 

Aksept-Ramburs Kreditləri

bir ölkə bankının başqa ölkə bankının tapşırığı əsasında ixracatçıya aksept tramma formasında verdiyi kreditdir. 

Go to top