| Термин | Определение |
|---|---|
| Adi İstiqraz | səhmlərə dəyişdirilməyən, lakin emitent tərəfindən vaxtından əvvəl geri alına bilən istiqraz. |
| Adi Konosament | yükün, üzərində adı göstərilmiş şəxsə məxsus olduğunu bildirən konosament növü. |
| Adi Opsion | İki iştirakçı arasında bağlanmış, lakin opsionun 9 qiyməti və vaxtının başa çatması barəsində standartlaşdırılmamış opsion kontraktı. |
| Adi Səhm | sahibinə səhmdar cəmiyyətin idarə heyətinin üzvlərini seçmək və səhmdarların ümumi iclasında səhmdar cəmiyyətinə aid olan digər məsələlərin həll edilməsində iştirak etmək hüququnu verən səhm. |
| Adi Səhmə Xalis Mənfəət | – imtiyazlı dividentləri çıxmaqla, tədavüldə olan adi səhmlərin orta çəkiliş sayına bölünmüş təmiz mənfəət. |
| Adi Veksel | – qoyulan müddət ərzində və ya tələb üzrə müəyyən miqdar pulu şərtsiz ödəmə öhdəliyidir. Vekselə imza atan və bununla da ödəmə öhdəliyini götürən şəxs vekselverən adlanır. Veksel üzrə ödəniş alan şəxs remitent adlanır. Adi vekselin uçotu zamanı aşağıdakı göstəricilərin əhəmiyyəti vardır: 1) ödəmə tarixi; 2) vekselin müddəti; 3) faiz dərəcəsi və ssuda faizi; 4) ödənişin məbləği; 5) vekselin uçotu və uçot dərəcəsi; 6) vekselin uçot dərəcəsi üzrə ödəmə. |
| Adibələrin mühafizə zonası | Abidələrin görkəminə xələl gətirməmək məqsədilə onların yerləşdiyi sahənin ətrafında abidənin xarakterindən asılı olaraq müəyyən edilən əlavə tənzimləmə zonası. |
| Adlı Akkreditiv | üzərində ödəniş ediləcək fiziki və ya hüquq şəxsin adı göstərilən akkreditiv. |
| Adlı Çek | müəyyən şəxsin adına yazılan çekdir. Bu cür çeklər başqasına ancaq tələb hüququndan imtina müqaviləsi ilə verilə bilər. |
| Adlı İndossament | blank indossamentindən fərqli olaraq, hüququn təqdim olunduğu şəxsin adı göstərilən indossament. Bu zaman həmin qiymətli kağızla bağlı hüquqlar konkret hüquqi və ya fiziki şəxsə təqdim olunur. |
| Adlı qiymətli kağızlar | Müəyyən şəxsin adına verilmiş qiymətli kağız. |
| Adlı Səhm | nağd, yaxud nağdsız şəkildə buraxılmasından asılı olmayaraq sahiblərinin adları səhmdar cəmiyyətlərin reyestrlərində əks edildiyi səhmlər. |
| Adlı Veksel | üzərində benefisiarın adı göstərilən veksel |
| Admonisiya | borc alan tərəfindən borc məbləğinin alınması məqsədi ilə borc verən (kreditor) tərəfə təqdim edilən yazılı öhdəlik. |
| Adresant | hər hansı göndərişi, o cümlədən maliyyə, pul sənədini və s.-ni göndərən tərəf. |