| Термин | Определение |
|---|---|
| Analitik Model | iqtisadiyyatda riyazi asılılığı əks etdirən düstur olmaqla göstərir ki, məsələnin çıxışı onun giriş məlumatlarından, yəni xərclərdən asılıdır. |
| Analitik Tələb Və Təklif Modeli | əmtəə və xidmətlər istehlakının bu və ya digər amildən asılılığını xarakterizə edən tənliklər şəklində qurulmuş iqtisadi-riyazi model. |
| Analitik Uçot | registr hesabatının aparılmasıdır |
| Analoq, Analogiya | Hər hansı prosesi, qanunauyğunluğu adekvat halda əks etdirən anlayış, nəzəriyyə və tədqiqat üsulu |
| Analoq, Analogiya | Hər hansı prosesi, qanunauyğunluğu adekvat halda əks etdirən anlayış, nəzəriyyə və tədqiqat üsulu |
| Anatosizm | borca və ya əmanətə görə faiz məbləğinin üzərinə faizlərin yığılması. |
| Anbar | əmtəələrin saxlandığı, yerləşdiyi yer |
| Anbar Qəbzi | əmtəənin anbara saxlanılmağa götürüldüyünü təsdiqləyən sənəd, varrant. |
| Anbar sahibi | Sənətkarlıq şəklində saxlama ilə məşğul olan və saxlama üzrə öz xidmətlərini açıq təklif edən saxlayıcıdır. |
| Anbar Əlavəsi | satılan məhsulun qiymətinə alıcının təchizat-satış təşkilatının xeyrinə ödədiyi əlavə |
| Anderlainq | satqı hüququ opsion müqaviləsinin şərtlərindən asılı olan qiymətli kağızlar. |
| Anderrayter | Sığorta şirkəti tərəfindən bütün növ riskləri təhlil etməyə, sığorta götürməyə və ya rədd etməyə, həmçinin optimal sığorta haqqının əldə edilməsi məqsədi ilə həmin riskləri təsnifləşdirməyə səlahiyyət verilmiş şəxs. |
| Anderraytinq | investisiya emitentin adında çıxış edərək investorları cəlb etməsi və emitentin buraxdığı qiymətli kağızları bazarda yerləşdirməsi prosesidir |
| Andlı iclasçı | Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada andlı iclasçılar siyahısına daxil edilmiş, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalar üzrə seçilmiş və ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək üçün məhkəməyə çağırılmış şəxsdir. |
| Andlı iclasçılar kollegiyası | Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada cinayət işlərinə baxılması üçün yaradılan andlı iclasçılardan ibarət qurum. |