I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Antiinhisar Qanunvericiliyi

daxili bazarda rəqabətin qorunması və inkişafı, inhisarçılığın qarşısının alınması, o cümlədən inhisarçı iqtisadi subyektlərin fəaliyyətinin məhdudlaşdırılmasını tənzimləyən qanunlar və digər hüquqi aktlar sistemi.

Antiinhisar Siyasəti

bu dövlət tərəfindən həyata keçirilən, inhisarların birləşmələrin, udulmaların, kartellərin, qiymət diktatının əksrəqabət fəaliyyətinin məhdudlaşdırılmasına, tənzimlənməsinə yönələn fəaliyyət, siyasətdir

Antisipasiya

1) Borc öhdəliyinin vaxtından öncə icra edilməsi, o cümlədən borc məbləğinin vaxtından öncə qaytarılması. 2) Verginin vaxtından öncə yığılması.

Aparteid

İrqi ayrıseçkilik.

Apellasiya

qəbul edilmiş qərarların, qətnamələrin zərər vurduğu şəxslər və ya onları ədalətsiz, qanunsuz hesab edən şəxslər tərəfindən həmin qərar və qətnamələrdən şikayət verilməsi. 

Apellyasiya instansiyası məhkəməsi

Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş hökmündən və ya digər qərarından verilmiş şikayət və ya protestlərə baxmaq səlahiyyətinə malik olan məhkəmə.

Aport

səhmdar cəmiyyətə təsisçilər tərəfindən səhmlərin dəyərinin ödənişi əvəzində təqdim edilən əmlak

Aprobasiya

Toxumluq əkinlərin sorttəmizliyinin, xəstəliyə yoluxmasının, ziyanvericilər tərəfindən zədələnməsinin və alaqlanma dərəcəsinin təyini.

Aprobasiya

ayrı-ayrı nəzəri müddəaların, iqtisadi modellərin real həyatda, praktikada yoxlanılması, sınaqdan çıxarılmasıdır. 

Aprobator

Bitkilərin sortluq və toxumluq əkinlərində aprobasiya aparmaq hüququ olan fiziki şəxs.

Aptek təşkilatları

Apteklər, aptek anbarları, aptek məntəqələri, aptek köşkləri.

Aqrar Bazar

kənd təsərrüfatı məhsulu bazarı

Aqrar-Sənaye Bankı

aqrar sənaye kompleksinin kreditləşdirilməsi üzrə ixtisaslaşan sahəvi bank. Aqrar-Sənaye Bankının əsas məqsədi ölkədə aqrar-sənaye sahəsini ucuz və uzunmüddətli kreditlərlə təmin etməkdir. 

Aqrar-Sənaye Kompleksi (ASK)

kənd təsərrüfatını və kənd təsərrüfatı istehsalı ilə sıx bağlı olan sənaye sahələrini əhatə edən, kənd təsərrüfatı məhsullarının daşınmasını, saxlanmasını, emalını, bu məhsulların istehlakçılara çatdırılmasını həyata keçirən, kənd təsərrüfatını texnika və gübrələrlə təmin edən, ona xidmət edən sahələrin məcmusu.

Aqrarçılar

kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı olan, bu istehsalda iştirak edən və onu mənafelərini ifadə edən işçilər. 

Go to top