| Термин | Определение |
|---|---|
| Alpari | qiymətli kağızın və ya valyutanın nominal dəyərinin bazar dəyərinə tam bərabərliyi. |
| Alqı İlə Örtük | əvvəllər borca götürülmüş qiymətli kağızı qaytarmaq məqsədi ilə yeni qiymətli kağızın əldə edilməsi. |
| Alqı-Satqı Sifarişi | birja agentinə bazar çıxarma anına ən əlverişli və mümkün olan qiymətlə, müddətli sazişin bağlanmasına sifariş. Alqı Əmri – qiymətli kağızların alınması haqqında müştərinin brokerə verdiyi əmr. |
| Alternativ | Bir-birinin əksinə olan imkan və qərarlar içərisində yeni bir variantın seçilməsi. |
| Alternativ Çek | hər hansı bir şəxsin adına rəsmi yazılmış, lakin onu təqdim edən istənilən şəxsə ödəniş almağa hüquq verən çek. |
| Alternativ İnvestisiya | adi biznes fəaliyyəti obyektinə (əmlaka və s.-yə) deyil, incəsənət məhsullarına, qədim monetlərə, markalara yatırılan investisiya. |
| Alternativ Məsrəflər | alternativ imkanlardan istifadə etməmək nəticəsində itirilmiş gəlirlərdir |
| Alternativ öhdəlik | Bir neçə öhdəlikdən biri. |
| Alternativ Öhdəlik | borclunun bir kreditora müxtəlif növ əmlak verməsi və ya iki və daha çox hərəkətdən birini icra etməsi öhdəliyidir |
| Alyans | bir neçə təşkilatın, müəssisənin, şəxsin müqavilə əsasında yaradılan ittifaqı, birliyi |
| Alyans | bir neçə təşkilatın, müəssisənin, şəxsin müqavilə əsasında yaradılan ittifaqı, birliyi |
| Amalqamasiya | fəaliyyətin gücləndirilməsi, kapitalın mərkəzləşdirilməsi və son nəticədə mənfəətin artırılması məqsədi ilə bir sıra ortaq cəhətlərə malik, xüsusilə də bərabər güclü müəssisələrin və ya təşkilatların birləşməsi. Bu iki formada mövcud ola bilər: 1) Bir neçə müəssisənin və ya təşkilatın birləşməsi ilə yenisi təsis edilə bilər. 2) Bir və ya bir neçə kiçik müəssisə və ya təşkilat hər hansı bir iri müəssisə, yaxud təşkilata birləşə bilər. |
| Amanat | Qədim Rusiyada və bəzi Şərq ölkələrində müqavilənin təmin edilməsi üçün verilən girov. |
| Amballaj | 1) Əmtəənin qablaşdırılması üçün istifadə edilən material; 2) Əmtəənin qablaşdırılması ilə bağlı xərclər. |
| Amerikan Opsionu | razılaşma müddəti ərzində onu təqdim edən və ya alan subyektin təşəbbüsü ilə istənilən anda həyata keçirilə bilən opsion. Bu xüsusiyyəti sözügedən maliyyə alətlərinin yüksək likvidliyini təmin edir. |