"Be faithful to that which exists within yourself."
Andre Gide
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Alıcının Alqı Qiyməti

alıcının mal vahidini almağa hazır, razı və qabil olduğu qiymətdir.

Alıcının Bazarı

bazarda təmsil olunmuş satıcılar tərəfindən əmtəə təklifi həcminin alıcılar tərəfindən bu əmtəəyə olan tələbin həcmindən çox olduğu bazar durumu. 

Alıcının Çeki

pərakəndə ticarətdə alıcıdan pul çek şəklində qəbul etməsi haqqında kassanın qəbzi. 

Alıcının Nümayəndəsi

öz ölkəsinin bazarında xarici alıcının əmtəələrinin satın alınması üzrə tapşırığını yerinə yetirən və buna görə komisyon haqqı olan firmalardır.

Aliment

nikah və ya ailə münasibətləri ilə bağlı bir tərəfin digər tərəfə ödədiyi pul vəsaiti, yaxud natural vəsait. 

Alınmış Veksel

hüquqi əhəmiyyət daşıyan sənəd olub, gələcəkdə müəyyən edilmiş tarixdə müəyyən pul məbləğinin ödənilməsi barədə yazılı borc öhdəliklərinin uçotu üçün nəzərdə tutulmuşdur. 

Alış Məbləği

Həyat sığortası şəhadətnaməsi sahibinin və ya annuitet müqaviləsi bağlanmış şəxsin vaxtından əvvəl müqavilənin fəaliyyəti dayandırılarkən ala biləcəyi pul məbləğidir. 

Alış Qiyməti

məmulatın istehsalın, istehsalçının qiymətindən, üstəgəl onun satışına xərclərin və üstəgəl tədavül prosesinin iştirakçılarının gəlirindən ibarət olan qiymətidir. 

Alkoqolizm

Spirtli içkilərin sui–istifadəsi nəticəsində yaranmış və xroniki intoksikasiya doğuran, spirtli içkilərdən psixi və (və ya) fiziki asılılıqla, habelə digər mənfi tibbi–sosial nəticələrlə ifadə olunan xəstəlik vəziyyəti.

Alleqri

lotereyanın bir növü; bilet alandan dərhal sonra onun nəticəsi məlum olur. 

Allokasion Səmərəlilik

minimum xərcləri təmin edən, resursların səmərəli kombinasiyası vasitəsilə rasional və ya tapşırılmış, verilmiş struktur məhsulunun istehsalı. 

Allokasiya

iqtisadi resursların və ehtiyatların müxtəlif subyektlər arasında onların zəruri tələbatları əsasında bölüşdürülməsidir

Allokatura

vergi ödəyicisinin bir qrup sonrakı xərclərinin mövcudluğunu təsdiq etmək məqsədi ilə vergi müfəttişliyi tərəfindən təqdim edilən sənəd. 

Allonj

veksel blankında, onun təslimi, zəmanəti və ya qarantiyası barədə qeydə yer olmadığı hallarda qoşulmuş əlavə vərəqədir. 

Allotment

yenidən tədavülə buraxılan səhmlərin bölüşdürülməsi üsulu, qaydası. 

Go to top