I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Aqressiv İnvestor

yüksək gəlir naminə riskə getməyə hazır olan investor

Aqro-meşəmeliorasiya

Meşə əkinlərinin salınması yolu ilə həyata keçirilən torpaqqoruyucu tarlaqoruyucu, susaxlayıcı meliorasiya növləri.

Aqroekosistem

Kənd təsərrüfatı məhsullarının əldə olunmasında iştirak edən torpaq sahələrini, tarlaları, heyvanları, meşələri, təbii yem sahələrini, su hövzələrini və insanları əhatə edən ekoloji sistem

Aqrokimyəvi maddələr

Torpaqların münbitliyinin artırılması, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi və məhsulun keyfiyyətinin yaxşılaşdırılması məqsədilə tətbiq edilən üzvi, mineral və bakterial gübrələr, kimyəvi meliorantlar, bitkilərin boy artımının tənzimləyiciləri və digər maddələr.

Aqrokimyəvi müayinə

Torpaqların münbitlik və çirklənmə göstəricilərinə dövlət nəzarətini həyata keçirmək məqsədilə kənd təsərrüfatı torpaqlarının vaxtaşırı müayinəsi.

Aradan Qaldırıla Bilməyən Xərclər

şirkətin fəaliyyəti prosesində mövcud olan, istehsalın həcmi ilə şərtləndirilməyən minimal daimi xərclərdi

Aralıq Balans

hüquqi şəxsin hesablarında olan bütün qalıqların siyahısıdır

Aralıq Divident

səhmdar cəmiyyətin illik balansı təsbit olunmamışdan, o cümlədən illik, yəni ümumi dividentin həcmi 23 müəyyən edilməmişdən öncə ödənilən divident.

Aralıq gömrük orqanı

BYD-da yol nəqliyyatı vasitəsi, nəqliyyat vasitələri qatarı, yaxud konteynerlərin daxil olduğu və ya çıxdığı Razılığa gələn tərəfin hər hansı gömrük orqanı.

Aralıq Hesab

cari hesaba salınmaq üçün kifayət qədər məlumatlar alınana qədər, müvəqqəti yazılışlar aparılan hesabdır.

Aralıq inzibati akt

Konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən akt.

Aralıq istifadə üçün qırma

Meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar qırmalar, az qiymətli ağaclıqların, habelə qoruyucu, suyu mühafizə və başqa funksiyalarını itirmiş ağac və kolluqların kəsilməsi ilə əlaqədar olan digər qırmalar.

Arayış Qiyməti

saziş, sövdələşmə haqqında sənəddə qeyd edilən, kontrakt qiymətinin müəyyən edilməsində satıcı və alıcı üçün başlanğıc olan qiymət. 

Arbitraj (iqtisadi məhkəmə)

– iqtisadi mübahisələri (müqavilə şərtlərinin pozulması, zərərin ödənilməsi bəzi dövlətlərin və s.) və digər təsərrüfat problemlərini araşdıran məhkəmə orqanıdır.

Arbitraj sazişi

Müqavilə xarakteri və yaxud başqa xarakter daşıyıb-daşımamasından asılı olmayaraq, hər hansı bir konkret hüquq münasibəti ilə əlaqədar tərəflər arasında yarana biləcək mübahisələrin hamısının və ya müəyyən mübahisələrin arbitraja verilməsi barəsində tərəflərin sazişi. Arbitraj sazişi müqavilədə arbitraj qeyd-şərti kimi və yaxud ayrıca saziş kimi bağlanıla bilər.

Go to top