| Термин | Определение |
|---|---|
| Amil | müəssisənin istehsal fəaliyyətinin və bütövlükdə iqtisadiyyatın əsas resurslarından biri (torpaq, əmək, kapital, sahibkarlıq); istehsal, iqtisadi fəaliyyətin nəticəsinə təsir göstərən iqtisadi, istehsal proseslərinin aparıcı qüvvəsi |
| Amil İntensivliyi | istehsalın müxtəlif amillərinə xərclərin bu amillərin istifadəsi ilə istehsal edilən məhsulun dəyərinə nisbəti. |
| Amil Məsrəfləri | müəyyən istehsal və tədavül amillərinin sərfi ilə bağlı olan xərclər. |
| Amil Təhlili | müxtəlif amillərin iqtisadi fəaliyyətin nəticələrinə, onun səmərəliliyinə təsir etməsinin təhlili əsasında iqtisadiyyatın və istehsalın tədqiq edilməsi metodu. |
| Amillərin Məcmu Məhsuldarlığı | istehsal amillərinin hər vahidinə düşən istehsal həcmi şəklində istehsalın texnoloji və təşkilati səviyyəsinin göstəricisi. |
| Amirlik İqtisadiyyatı | ölkənin iqtisadi sisteminin, təsərrüfatının istiqamətləndirilməsinin iqtisadi rəhbərlik funksiyalarının yüksək dərəcədə mərkəzləşdirilməsi, direktiv idarəetmə metodlarından istifadə edilməsi, istehsal resurslarının əsas növlərinin dövlət mülkiyyətində cəmləşməsi üzərində qurulması. |
| Amortizasiya | Aktivlərin faydalı xidmət müddəti ərzində amortizasiya dəyərinin müntəzəm surətdə azalması deməkdir. 1) Müəyyən müddət ərzində əsas vəsaitlərin istehlak dəyərinin hüquqi şəxslərin gəlirlərindən dövri ayırmalarıdır; 2) Fiksasiya olunmuş aktivlərin istifadə olunma nəticəsində faydalı iqtisadi həyatının azalmasının və ya istehlakının köhnəlmə ölçüsüdür. |
| Amortizasiya dəyəri | Əsas vəsaitlərin ilkin dəyəri ilə ləğv olunma dəyəri arasındakı fərqlə müəyyən olunur. |
| Amortizasiya Fondu | müəssisənin, təşkilatın əsas fondlarının yenidən qurulması məqsədi ilə toplanmış pul vəsaitləri fondu. Amortizasiya fondu bir qayda olaraq amortizasiya ayırmaları şəklində pul vəsaitlərinin toplanmasından formalaşır |
| Amortizasiya Kapitalı | əvvəlki dövrlərdə hesablanan amortizasiya ayırmalarının yenidən istehsala yönəldilməsi. Amortizasiya kapitalı istehsal vasitələrinin yeniləşdirilməsinə xidmət edir |
| Amortizasiya Olunmuş Dəyər | ilkin və ləğvetmə dəyərləri arasındakı fərqdir. |
| Ana süd ilə qidalanma | Körpə və erkən yaşlı uşaqların döşlə əmizdirilməsi. |
| Anadangəlmə Günah | İqtisadi ədəbiyyatda inkişaf etməkdə olan ölkələrin xaricdən öz valyutasında borc ala bilməməsi halına verilən ad. Burada həmin ölkələrin əzəldən belə olduqlarına və tarixçələri etibarilə borc verənlərin inamsızlığına düçar olduqlarına işarə olunur. |
| Analitik | təhlil üzrə mütəxəssis, təhlilçi. |
| Analitik Hesablar | müəssisənin təsərrüfat əməliyyatlarını detallar üzrə hərtərəfli əks etdirən hesablardır. |