| Термин | Определение |
|---|---|
| Andlı iclasçıların aparıcısı | Verdikt çıxarılması üçün müşavirə otağına gedənədək andlı iclasçıların öz tərkibindən seçdikləri şəxs. |
| Ani Likvidlik Əmsalı | aşağıdakı düsturla hesablanır: ALƏ = (DA – ƏMQ) / CÖ Burada, ALƏ – ani likvidlik əmsalı, DA – dövriyyə aktivləri (xammal, material və yarım fabrikatlar), CÖ – cari öhdəliklər, ƏMQ – əmtəə mal qalığı |
| Ani lotereya | Uduşu lotereyanın iştirakçısı tərəfindən lotereyada iştirak hüququnu təsbit edən lotereya bileti əldə etdikdən dərhal sonra digər lotereya iştirakçılarından asılı olmadan müəyyən olunan lotereyanın keçirilməsi forması. |
| Anklav | müəyyən ölkənin hər tərəfdən başqa dövlətin ərazisi ilə əhatə olunmuş ərazisi və ya ərazisinin bir hissəsi. |
| Anneksiya | bir ölkə ərazisinin bir hissəsinin və ya hamısının digər bir ölkə tərəfindən məcburi surətdə zorla alınması, qəsb edilməsi. |
| Annuitant | annuitetin ödənildiyi hüquqi və ya fiziki şəxs. |
| Annuitet | 1) borc və onun faizinin tədricən ödənilməsi nəticəsində, kreditorların müəyyən miqdarda gəlir götürdüyü, uzunmüddətli dövlət istiqrazının növüdür; 2) Sığorta şirkəti ilə bağlanmış, müəyyən vaxtdan etibarən, məsələn təqaüdə çıxandan sonra fiziki şəxsə müntəzəm olaraq pul məbləği almaq hüququ verən razılıq və ya müqavilə. |
| Anomal Svitç | bazar konyunkturunun anomal dəyişməsi hesabına mənfəət əldə etmək üçün investisiyaların müəyyən növ qiymətli kağızlardan başqa növ qiymətli kağızlara yönəldilməsi. |
| Anons | elan, bildiriş. |
| Antaqonist Oyun | mənafeləri bir-birinə qarşılıqlı zidd olan iki tərəfin qarşıdurması, mübarizəsi, rəqabət aparması halında iqtisadi vəziyyəti modelləşdirən oyun |
| Antaqonizmlər Nəzəriyyəsi | gəlirlərin bölgüsündə sahibkarlarla muzdlu işçilərin qarşı-qarşıya durduqlarını təsdiq edən nəzəriyyədir. |
| Antidempinq Rüsumu | idxal olunan maldan ölkəyə dəyən zərəri kompensasiya etmək üçün, malın daxili və dünya bazarında olan qiymətləri arasındakı fərqin müəyyən hissəsi kimi müəyyənləşdirilən müvəqqəti yığımdır. |
| Antidempinq Siyasəti | bir qisim məhsul və xidmətlər üzrə daxili bazarın qorunmasına və bununla da yerli istehsalın inkişafına xidmət edən gömrük siyasəti. |
| Antidempinq tənzimlənməsi | ixrac mallarının dünya bazarlarında onların istehsal edildiyi ölkələrdəki qiymətlərdən qat-qat aşağı qiymətlərlə satılmasına qarşı yönəldilmiş dövlət tədbirlərinin toplusu. |
| Antiinhisar | inhisara qarşı, inhisarın əleyhinə. |