| Термин | Определение |
|---|---|
| Arxeoloji abidələr | İnsanın fəaliyyəti ilə əlaqədar yer altında olan maddi mədəniyyət nümunələri, o cümlədən ibtidai insan düşərgələri və yaşayış məskənləri, qədim qəbiristanlar, müdafiə sistemləri və istehkamlar, ziyarətgahlar, hər cür qədim əşyalar, dini və xatirə abidələri, qaya və daşüstü təsvirlər və yazılar, qədim mədən istismar izləri, əmək alətləri, istehsalat kürələri, qədim yollar, körpü qalıqları, arxlar, ovdan və kəhrizlər, su kəmərləri, kürəbəndlər və s. |
| Arxiv | |
| Arxiv fondu | Tarixi və məntiqi baxımdan bir-biri ilə bağlı olan arxiv sənədlərinin məcmusu. |
| Arxiv işi | Arxivlərin komplektləşdirilməsi, mühafizəsi, uçotu və arxiv xidmətinin təşkili. |
| Arxiv sənədi | Mühafizə edilən və ya edilməli olan, informasiya daşıyıcısının növündən asılı olmayaraq dövlət, cəmiyyət və ya öz mülkiyyətçisi üçün tarixi, elmi, mədəni əhəmiyyət kəsb edən sənəd. |
| Arxiv sənədlərinin daimi mühafizəsi | Həmin sənədlərin arxivdə, muzeydə və kitabxanada müddətsiz mühafizəsi. |
| Arxiv sənədlərinin mülkiyyətçisi | Arxiv sənədləri üzərində sahiblik, istifadə və sərəncam hüququna malik olan subyekt. |
| Arxiv sənədlərinin müvəqqəti mühafizəsi | |
| Arxiv sənədlərinin sahibi | Arxiv sənədlərinə sahiblik və istifadə hüququnu tam həcmdə, onlar üzərində sərəncamı qanunvericilikdə müəyyən olunmuş həddə həyata keçirən subyekt. |
| Aşağı Salınmış İxrac Qiyməti | ixrac edilən mala, onun dünya bazarında rəqabət qiymətini artırmaq məqsədi ilə oxşar məhsula, yaxud məmulata daxili qiymətdən aşağı qoyulmuş müqavilə qiyməti. |
| Aşağı Salınmış İxrac Qiyməti | ixrac edilən mala, onun dünya bazarında rəqabət qiymətini artırmaq məqsədi ilə oxşar məhsula, yaxud məmulata daxili qiymətdən aşağı qoyulmuş müqavilə qiyməti. |
| Asılı Tələb | müəyyən növ məhsula olan elə tələbdir ki, o daha “yüksək səviyyəli” məhsula tələbdən asılıdır və onun tərkib hissəsidir. |
| Asılı təsərrüfat cəmiyyəti | Təsərrüfat cəmiyyəti o halda asılı cəmiyyət sayılır ki, məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının iyirmi faizindən çoxu və ya səhmdar cəmiyyətinin səsvermə hüququ verən səhmlərinin iyirmi faizindən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olur. |
| Asılılıq Əmsalı | müəssisənin uzunmüddətli borclarının təhlilində istifadə olunur və aşağıdakı düsturla hesablanır: 1) A= (S+E) x 100% / P A – asılılıq əmsalı, S – adi səhmlər, E – ehtiyat fondları, P – prioritet kapital. Bu rəqəm 100%-dən az olarsa müəssisə az asılı, 100%-ə bərabər olarsa neytral, 100%-dən çox olarsa tam asılı kimi səciyyələndirilir. 2) A= U x 100% / P A – asılılıq əmsalı, U – uzunmüddətli kapital, P – prioritet kapital. Bu halda asılılıq əmsalı 50%-dən az olduqda müəssisə az asılı, 50%-ə bərabər olduqda neytral, çox olduqda isə tam asılı kimi xarakterizə olunur. Asılılıq əmsalı böyük olduqda müəssisənin borc alması çətinləşir. |
| Aşınma | binaların, avadanlığın onlardan istehsalatda istifadə nəticəsində köhnəlməsi. |