| Термин | Определение | |
|---|---|---|
| Asiya İnkişaf Bankı | Asiya və Sakit Okean ölkələrində iqtisadi inkişaf layihələrinin uzunmüddətli kreditlərlə təmin edilməsi məqsədi ilə Birləşmiş Millətlər İqtisadi Komissiyasının tövsiyəsi ilə Manilada (Filippin) 1965-ci ildə təsis edilən və 1966-cı ildən fəaliyyətə başlayan regional maliyyə-kredit təşkilatı. |
|
| Aşkar Məsrəflər | müəssisələrin, firmaların, istehsal resurslarını təchiz edənlərə bilavasitə pulla ödənməli olan ödənişlər. |
|
| Assekurasiya | hər hansı əmtəənin və ya digər mülkiyyətin sığortalanması. |
|
| Assimilyasiya | Birjada investorlar tərəfindən əvvəlki qiymətli kağızlar satılıb qurtardıqdan sonra yenilərinin alınması. |
|
| Assiqnasiya | Rusiyada 1769-cu ildə dövriyyəyə buraxılan, 1849- cu ildə ləğv edilən kağız pul. |
|
| Assiqnasiya | Rusiyada 1769-cu ildə dövriyyəyə buraxılan, 1849- cu ildə ləğv edilən kağız pul. |
|
| Assiqnat | 1789-1794-cü illər Böyük Fransa inqilabı dövründə işlədilən kağız pul |
|
| Assistans | sığorta müqaviləsi əsasında sığortaçının sığorta olunana göstərdiyi xidmət. |
|
| Assosiasiya | elmi və ya hansısa digər məqsədlərə çatmaq üçün, hüquqi və fiziki şəxslərin, habelə təşkilatların könüllü birləşdiyi müəssisədir |
|
| Assosiasiya olunmuş müəssisə | Bankın əhəmiyyətli təsir göstərdiyi hüquqi şəxs, lakin bu hüquqi şəxs nə törəmə müəssisə, nə də birgə müəssisə deyildir. |
|
| Astrent | 1) Borc öhdəliyinin icrasının gecikdirilməsi, yaxud ondan qismən və ya tam imtina edilməsi zamanı borc verən subyektin qarşı tərəfə bildirdiyi rəsmi narazılıq. 2) Borc öhdəliyinin icrasının gecikdirilməsi, yaxud ondan qismən və ya tam imtina edilməsi zamanı borc verən subyektin qarşı tərəfə tətbiq etdiyi cərimə məbləği. |
|
| At | Laosda xırda pul vahidi (sikkə) |
|
| Atçılıq | Atların yetişdirilməsi, təkrar istehsalı, saxlanması və istifadəsi ilə əlaqədar kənd təsərrüfatı fəaliyyəti |
|
| Atçılıq təsərrüfatları |
|
|
| Atılmanın (tullantının) texniki normativi | Zərərli maddələrin stasionar və səyyar mənbələri, o cümlədən nəqliyyat vasitələri, texnoloji proseslər və avadanlıqlar üçün məhsul vahidinə, yürüşə, mühərrikin gücünə görə hesablanan atmosfer havasına atılan zərərli maddənin yol verilən maksimum həcmini və digər göstəriciləri müəyyən edən normativ. |