I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Atılmanın (tullantının) yol verilən həddi

Stasionar mənbələrdən zərərli maddələrin atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərini aşmaması şərti ilə atmosfer havasını çirkləndirən hər bir mənbə üçün atılmanın texniki normativlərini və fon çirklənməsini nəzərə almaqla müəyyən edilən zərərli maddələrin atılmasının yol verilən həddi.

Atmosfer havası

Ətraf mühiti əhatə edən atmosfer qazlarının təbii qarışığı.

Atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsi

Atmosfer havasına fiziki təsirin insan sağlamlığına və ətraf mühitə zərərli olmayan maksimum səviyyəsini əks etdirən fiziki təsirin normativi.

Atmosfer havasına zərərli fiziki təsir

Antropogen mənşəli səs-küy, vibrasiya, ionlaşdırıcı şüalar, elektromaqnit dalğaları, hərarət, radiasiya və digər fiziki amillərin insan sağlamlığına və ətraf mühitə zərərli olaraq atmosfer havasının fiziki xassələrini dəyişdirən təsiri.

Atmosfer havasına zərərli fiziki təsirin yol verilən həddi

Mənbələrin hər birinin və hamısının zərərli fiziki təsirlərinin atmosfer havasına fiziki təsirin yol verilən səviyyəsini aşmaması şərti ilə zərərli fiziki təsirin hər bir mənbəyi üçün müəyyən edilən normativ.

Atmosfer havasının çirklənməsi

Atmosfer havasında zərərli maddələrin miqdarının gigiyenik və ekoloji normativlərdən artıq olması.

Atmosfer havasının çirklənməsinin monitorinqi

Təbii proseslər və antropogen fəaliyyət nəticəsində atmosferə atılan zərərli qaz, maye və bərk tullantılara kəmiyyət və keyfiyyət cəhətdən nəzarətin elmi əsaslarla həyata keçirilməsindən ibarətdir.

Atmosfer havasının keyfiyyəti

Atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərinə uyğunluq dərəcəsini əks etdirən atmosfer havasının fiziki, kimyəvi və bioloji xassələrinin məcmusu.

Atmosfer havasının keyfiyyətinin ekoloji normativi

Atmosfer havasında ətraf mühitə zərərli təsiri istisna edən zərərli maddələrin miqdarının yol verilən həddini müəyyən edən atmosfer havasının keyfiyyət meyarı.

Atmosfer havasının keyfiyyətinin gigiyenik normativi

Atmosfer havasında insan sağlamlığına zərərli təsiri istisna edən zərərli maddələrin miqdarının yol verilən həddini müəyyən edən atmosfer havasının keyfiyyət meyarı.

Atmosfer havasının monitorinqi

Atmosfer havasının vəziyyətinin, çirklənməsinin, onda baş verən təbii hadisələrin öyrənilməsi, qiymətləndirilməsi və proqnozu məqsədilə müşahidə və nəzarət sistemi.

Atmosfer havasının mühafizəsi

Atmosfer havasının keyfiyyətinin yaxşılaşdırılması, insan sağlamlığına və ətraf mühitə zərərli olan atmosfer havasına təsirin qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemi.

Atmosfer havasının transsərhəd çirklənməsi

Mənbəyi bir dövlətin ərazisində yerləşən zərərli maddələrin yayılması nəticəsində digər ölkənin atmosfer havasının çirklənməsi.

Audiovizual informasiya

Səslə müşayiət olunan görüntülü (təsvirli) informasiya.

Audiovizual əsər

Bir-biri ilə əlaqəli olub hərəkət təsəvvürü doğuran və müvafiq texniki qurğuların köməyi ilə görmə (eşitmə) qavrayışı üçün nəzərdə tutulan, təsvirlər silsiləsindən ibarət (səslə müşayiət olunan, yaxud olunmayan) əsər; audiovizual əsərlərə ilkin və sonrakı yazılma üsulundan asılı olmayaraq kinematoqrafiya əsərləri və kinematoqrafiya vasitələrinə bənzər vasitələrlə ifadə edilmiş digər əsərlər (tele-, videofilmlər, diafilmlər və s.).

Go to top