I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Autrayt

Tərəflərin ciddi şəkildə müəyyənləşdirildiyi müddət ərzində forvard kursu üzrə ödənişi nəzərdə tutan müddətli valyuta sazişi.  

Autsayder

Birjada hərdən iştirak edən şəxs, yaxud qeyri-peşəkar birja möhtəkiri

Autsayder

Müəyyən mülahizələrə, səbəblərə görə inhisar birliklərinə daxil olmayan müəssisələr.

Avadanlıq

istehsalatda istifadə edilən maşın, dəzgah, aqreqatlar. 

Aval

veksel zaminlik kağızı, bank təlimatı. Burada avalist veksel sahibi qarşısında vekseldən irəli gələn bütün öhdəlikləri öz üzərinə götürür

Avallaşdırılmış Veksel

üz, yaxud əlavə olunmuş hissəsində imza ilə təsdiqlənmiş bank zəmanətinə, avalına malik veksel

Avans

xərclərə aid olmayıb, gələcəkdə gəlirdən çıxılan cari xərclərə deyilir. Avans, behdən fərqli olaraq öhdəliyin yerinə yetirilməsi vasitəsi sayılmır

Avans Hesabatı

avansı alan şəxs tərəfindən avans məbləğinin həcmi, ondan faktiki istifadənin həcmi və digər aidiyyatlı məlumatların göstərildiyi xüsusi formalı sənəd. 

Avans Hesabatı

avansı alan şəxs tərəfindən avans məbləğinin həcmi, ondan faktiki istifadənin həcmi və digər aidiyyatlı məlumatların göstərildiyi xüsusi formalı sənəd. 

Avans Ödənişi

hər hansı bir layihəyə pul vəsaiti yönəldilməsinin bir forması olub yerinə yetiriləcək işin, göstəriləcək xidmətin, alınacaq maddi qiymətlilərin və s.-in dəyərinin öncədən ödənilməsi məqsədi ilə pul vəsaitinin avansı alan şəxsə verilməsi və ya onun hesabına köçürülməsi. 

Avans Valyutası

müqavilə əsasında bir tərəfin digər tərəfə müəyyən xərclərin reallaşdırılması məqsədi ilə qabaqcadan verdiyi valyuta, başqa sözlə avans şəklində verilən valyuta. 

Avans Vekseli

kommersiya krediti münasibətlərində alıcı (idxalçı) tərəfin satıcı (ixracatçı) tərəfə vaxtından öncə təqdim etdiyi veksel. 

Avanslaşdırılmış Kapital

təsisçilərin mülkiyyəti olan və səhmdarlar tərəfindən qoyulan vəsaitdir. 

Avantaj

Xeyir, mənfəət, əlverişli şərait

Avantüra, fırıldaq

 icra edərkən real imkanları nəzərə alınmadan başlanan və iflasa düçar olan sahibkarlıq əməliyyatı

Go to top