"Be faithful to that which exists within yourself."
Andre Gide
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Averaj

Müəyyən vaxt kəsiyindən sonra dövrü olaraq səhm kursunun dəyişməsinə görə konkret buraxılışlar üzrə səhmlərin alqı-satqısından ibarət birja əməliyyatı

Avers

medalın, dəmir pulun, monetin üz tərəfi. 

Aviaipoteka

ipoteka girovu; bu halda kredit üzrə zəmanət qismində təyyarə və ya digər uçuş aparatı çıxış edir. 

Aviasiya

Hava məkanından insanın hava gəmisi vasitəsilə istifadə etməsinə və bunun üçün lazımi şəraitin yaradılmasına yönəldilən fəaliyyət və təsisatlar məcmusu.

Aviasiya hadisəsi

Uçuş məqsədi ilə hava gəmisinə bütün şəxslərin mindiyi andan hava gəmisini tərk etdiyi anadək hava gəmisinin zədələnməsi və ya konstruksiyasının dağılması, itməsi və ya tamamilə əlçatmaz yerə düşməsi nəticəsində hər hansı şəxsin ölümü və ya bədən xəsarəti alması ilə bağlı hadisə (həmin nəticələrin təbii səbəblərdən, şəxsin özünün və ya başqa şəxslərin təqsiri üzündən, yaxud sərnişinlərin və ekipaj üzvlərinin daxil ola bildiyi zonalardan kənarda gizlənən biletsiz sərnişinlərlə əlaqədar baş verdiyi hallar istisna olmaqla).

Aviasiya insidenti

Aviasiya hadisəsi ilə nəticələnməyən, hava gəmisinin istifadə olunması ilə bağlı olan, istismarın təhlükəsizliyinə mənfi təsir göstərən və ya göstərə bilən hadisə.

Aviasiya məmulatı

Hava gəmilərinin ehtiyat hissələri, ləvazimatları və uçuşların təhlükəsizliyi üçün digər zəruri avadanlıq.

Aviasiya personalı

Ali, texniki və ya xüsusi hazırlıq keçmiş və ixtisas qeydləri əks olunmuş şəhadətnamələrə, vəsiqələrə (sertifikatlara) malik olan və aviasiya sahəsində müəyyən işlərin yerinə yetirilməsinə buraxılan mütəxəssislər.

Aviasiya təhlükəsizliyi

Mülki aviasiyanın normal və təhlükəsiz fəaliyyətini nəzərdə tutan və onun fəaliyyətinə qanunsuz müdaxilə aktlarının qarşısının alınması və buna yol verilməməsini təmin edən kompleks dövlət, idarələrarası, sahələrarası təşkilati-texniki tədbirlər, prosedurlar, qaydalar, habelə insan resursları və maddi ehtiyatlar.

Aviasiya təhlükəsizliyi xidməti

Mülki aviasiyanın fəaliyyətinin qanunsuz müdaxilə aktlarından qorumaq üzrə funksiyaları təşkil edən və yerinə yetirən xidmət.

Avista

İstənilən pul ödənişi sənədləri, xüsusilə vekselin üzərində ödənişin təqdimat üzrə aparılmasını təsdiq edən imza. 

Avizo

bank təcrübəsində, bir bank idarəsinin digərinə müştərinin hesabına əməliyyatın yerinə yetirilməsi barədə göndərdiyi yazılı xəbərdarlıqdır.

Avizolaşdırılan Akkreditiv

hər hansı bank tərəfindən müxbir banka göndərilmiş akkreditiv.

Avrobazar

maliyyə-kredit əməliyyatlarının avrovalyutada aparıldığı beynəlxalq maliyyə bazarı.

Avrodollar

Avropa banklarında yerləşdirilən Amerika Birləşmiş Ştatları dollarında pul vəsaitləri

Go to top