| Термин | Определение |
|---|---|
| Audiovizual əsər istehsalçısı | Belə əsərin hazırlanması təşəbbüsünü və məsuliyyətini üzərinə götürmüş fiziki və ya hüquqi şəxs. Başqa sübutlar olmadıqda audiovizual əsərdə adı adi qaydada göstərilmiş fiziki və ya hüquqi şəxs audiovizual əsərin istehsalçısı sayılır. |
| Audit | Əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının, mühasibat və maliyyə hesabatlarının müstəqil yoxlanılması. |
| Audit | İdarəçilik fəaliyyətinin müəyyən meyarlara, norma və standartlara uyğun gəlməsini qiymətləndirmə prosesi və sistemi. |
| Audit Komitəsi | |
| Audit Yoxlaması | hesabatın yoxlanılması prosesidir |
| Auditin Məqsədi | maliyyə hesabatının düzgünlüyünün və reallığının yoxlanılması və onun qüvvədə olan qanunvericiliyə uyğunluğunun təsdiqidir |
| Auditin Planlaşdırılması Audit Standartı | Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 24 mart 1999-cu il tarixli 32/2 saylı qərarı ilə təsdiq edilmişdir. Bu standart “Auditor Xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa və “Auditin Planlaşdırılması” beynəlxalq audit standartlarına uyğun olaraq hazırlanmışdır. |
| Auditor | hesabatın yoxlanılması ilə məşğul olan şəxs və ya firmadır. |
| Auditor Firması | audit fəaliyyətini həyata keçirmək hüququna malik ixtisaslaşmış hüquqi şəxs. |
| Auditor Rəyi | kənar auditorun tərtib etdiyi sənəddir. Auditor rəyi 3 hissədən ibarət olur: 1) auditor yoxlamasına məruz qalmış sənədlərin siyahısı 2) bu hissə “görülən işlərin həcmi barədə bölmə” adlanır və qeyd olunur ki, yoxlama ümumi qəbul olunmuş auditor standartlarına uyğun aparılıb. 3) üçüncü hissə “auditor fikri” adlanır və auditor yoxlamasının nəticələrini formalaşdırır |
| Auditor xidməti | Təsərrüfat subyektlərində müqavilə əsasında maliyyə-təsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və auditorun peşə fəaliyyətinə (auditor təşkilatının nizamnamə məqsədlərinə) uyğun olaraq maliyyə-təsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək. |
| Auditorlar Assosiasiyası | auditor fəaliyyəti ilə məşğul olmaq hüququnu verən lisenziyası olan ali təhsilli mütəxəssisləri və auditor təşkilatlarını birləşdirən birlikdir. |
| Auditorlar Palatasıhüquqi şəxs statusuna malik müstəqil professional təşkilat olub, məqsədi dövlətdə audit işinin inkişafına, təkmilləşməsinə və tənzimlənməsinə kömək göstərməkdir. | hüquqi şəxs statusuna malik müstəqil professional təşkilat olub, məqsədi dövlətdə audit işinin inkişafına, təkmilləşməsinə və tənzimlənməsinə kömək göstərməkdir. |
| Auksion | malın ilkin standart qiyməti qoyulmaqla iştirakçıların vasitəsilə açıq satışı zamanı onun ən yüksək qiymət təklif etmiş müştəriyə satılmasıdır. Auksion məcburi (borcları qaytarmaq üçün) və könüllü olur. |
| Austral | Argentinanın pul vahidi austral = 100 sentavo |