| Термин | Определение |
|---|---|
| Avroistiqraz | avrobazarda yerləşdirilən əsasən uzunmüddətli borc öhdəliklərindən ibarət borc alətləri |
| Avrokard | Avropa Bank Sisteminə üzv olan ölkələrin ərazisində istifadə olunan beynəlxalq kredit kartı. |
| Avrokreditlər | avro-valyuta bazarının resursları hesabına kommersiya bankları tərəfindən verilən beynəlxalq borclar: adətən uzun müddətə üzən faiz tarifləri ilə verilir. |
| Avrokreditlər Bazarı | müxtəlif ölkələrin iri kommersiya bankları tərəfindən valyutalarda beynəlxalq kreditlərin verilməsi üzrə sabit kredit əlaqələri. |
| Avropa Azad Ticarət Assosiasiyası | Avropa iqtisadi böhranının əksinə 1960-cı ildə Böyük Britaniyanın təşəbbüsü ilə yaradılmış bir sıra Avropa ölkələrinin regional ticarət iqtisadi qruplaşmasıdır |
| Avropa İnvestisiya Bankı | 1959-cu ildə Roma müqaviləsi əsasında yaradılan regional maliyyə-kredit təşkilatı. Avropa İnvestisiya Bankının əsas məqsədi uzunmüddətli və ucuz kreditlər vasitəsilə inkişaf etməkdə olan ölkələrdə müxtəlif sahələrin inkişafını maliyyələşdirməkdən ibarətdir. |
| Avropa İqtisadi Birliyi | 1957-ci ildə Fransa, Almaniya, Böyük Britaniya, Belçika, Yunanıstan, İtaliya, Danimarka, İspaniya, İrlandiya, Hollandiya, Portuqaliya, Lüksemburqdan ibarət Qərbi Avropa ölkələri qrupu tərəfindən yaradılan ümumi bazar. Avropa İqtisadi Birliyi 1992-ci ildən Avropa Birliyi adlanır. |
| Avropa Kənd Təsərrüfatının Zəmanəti və İstiqamətləndirilməsi Fondu | 1962-ci ildə Avropa məkanında ümumi aqrar bazarın formalaşdırılması məqsədi ilə yaradılan maliyyə institutu. Fond 29 zəmanət və istiqamətləndirmə adlı iki bölümə ayrılır. Zəmanət bölməsi ölkənin daxili və xarici bazarında kənd təsərrüfatı məhsullarının qiymət siyasətinin müəyyən edilməsinə xidmət edir. İstiqamətləndirmə bölməsi kənd təsərrüfatı sahəsində səmərəliliyi artırmaq, yüksək inkişafa nail olmaq məqsədi ilə üzv ölkələrə müxtəlif maliyyə və texniki yardımları həyata keçirir. |
| Avropa Opsionu | yalnız qüvvədə olduğu müddətin son günü satıla bilən opsiondur |
| Avropa Sosial Fondu | 1959-cu ildə məşğulluq probleminin həllinə kömək məqsədi ilə yaradılan fond. Fond məşğulluq səviyyəsinin yüksəldilməsi, peşəkar təhsilin inkişafı, inkişafdan geri qalmış bir sıra sahələrin yüksəldilməsi məqsədi ilə subsidiyalar təqdim edir |
| Avropa Valyuta Fondu | Avropa ölkələrinin beynəlxalq valyutamaliyyə təşkilatının yaradılması layihəsi. 1981-ci ildə işlənmişdir. |
| Avropa Valyuta Sistemi | iqtisadi birliyə daxil olan bir sıra dövlətlər tərəfindən qəbul olunmuş valyuta münasibətlərinin və valyuta tədavülünün təşkili formasıdır Avropa İttifaqına üzv olan bir sıra ölkələrin birbaşa valyuta sistemi. 12 Avropa ölkəsi tərəfindən 1979-cu ildə təsis edilmişdir. |
| Avropa Valyuta Əməkdaşlığı | 1973-cü ildən AB çərçivəsində valyuta inteqrasiyası məqsədi ilə fəaliyyət göstərir. |
| Avropa Yenidənqurma və İnkişaf Bankı | 42 dünya ölkəsi və beynəlxalq maliyyə institutları tərəfindən 1990-cı ildən təsis edilən beynəlxalq maliyyə kredit təşkilatı. 1991-ci ildən fəaliyyətə başlayan Avropa Yenidənqurma və İnkişaf Bankının əsas məqsədi keçid iqtisadiyyatına malik Mərkəzi və Şərqi Avropa ölkələrinin iqtisadi siyasətini dəstəkləməkdən ibarətdir. |
| Avropartnyorlar | Avrobazarda bank fəaliyyəti ilə məşğul olan beynəlxalq bank qruplaşması. Bu qruplaşmanın əsası 1970-ci ildə qoyulmuşdur |