| Термин | Определение |
|---|---|
| Avrovalyuta | Avropa bankları tərəfindən başqa ölkənin banklarında həmin ölkənin milli valyutasında yerləşdirilən pul vəsaiti. |
| Avtarkiya | xarici iqtisadi təsirlərdən qorunmaq üçün, milli iqtisadiyyatın bağlı olmasına yönəlmiş siyasətdir. |
| Avtobus | Sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan, sərnişin daşımaları üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitəsi |
| Avtomagistral | Müəyyən məsafədə avtomobil nəqliyyatı vasitələrinin məhdudlaşdırılmayan sürətlə və maneəsiz hərəkətini təmin edən, yüksək hərəkəti buraxma qabiliyyətinə və ayırıcı zolağa malik olan, eyni səviyyədə kəsişmələri olmayan avtomobil yolu. |
| Avtomatik Büdcə | əvvəlki dövrün, əksər hallarda ötən ilin büdcəsinin, yəni gəlir və xərclərinin avtomatik olaraq yeni büdcəyə keçirilməsi. |
| Avtomobil | Yollarda adamların və ya yüklərin daşınması, yaxud adam və ya yük daşıyan nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən mexaniki nəqliyyat vasitəsi (bu anlayış trolleybusları, yəni elektrik naqili ilə birləşdirilmiş relssiz nəqliyyat vasitələrini də əhatə edir. Lakin yollarda adamların və yüklərin daşınması və ya bu məqsədlə istifadə edilən nəqliyyat vasitələrinin yedəyə alınması üçün istifadə edilən və yalnız yardımçı funksiya daşıyan kənd təsərrüfatı traktorları kimi nəqliyyat vasitələrini əhatə etmir). |
| Avtomobil nəqliyyatı | Avtonəqliyyat vasitələrindən və avtomobil nəqliyyatının infrastrukturundan istifadə edilməklə, sərnişin və yük daşımalarının yerinə yetirildiyi nəqliyyat növü |
| Avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar | Sərnişin və ya yük daşınması müqaviləsi, yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar |
| Avtomobil nəqliyyatının infrastrukturu | Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları üçün istifadə olunan avtomobil yolları, avtovağzallar (avtostansiyalar), dayanacaq məntəqələri, avtomobil duracaqları, terminallar və digər qurğular, habelə avtonəqliyyat vasitələrinə təminatlı texniki xidmət göstərən texniki-təmir sahələri və texniki-təmir stansiyaları, yanacaqdoldurma məntəqələri |
| Avtomobil Vergisi | fiziki şəxs və müəssisələrin mülkiyyətində olan avtomobillərə görə ödədikləri əmlak vergisi. |
| Avtomobil yolları şəbəkəsi | Müəyyən ərazidə sərnişin və yük daşımalarını təmin edən bütün avtomobil yollarının vahid sistemi. |
| Avtomobil yollarının saxlanılması | Yolun müvafiq layihəyə uyğun olaraq istifadəçilərin tələblərinə cavab verməsini təmin etmək məqsədi ilə bütün il boyu yola və yol qurğularına xidmət göstərilməsi, onların müayinəsi, yoxlanması və mühafizəsi tədbirlərinin məcmusu. |
| Avtomobil yollarının tikintisi | Texniki-iqtisadi əsaslandırma və normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq iki məntəqə arasında zəlzələyə, digər təbii və texnogen təsirlərə davamlı yeni avtomobil yolunun və yol qurğularının inşası. |
| Avtomobil yollarının təmiri | Yol geyiminin, torpaq yatağının və mühəndisi qurğuların gücləndirilməsi və genişləndirilməsi, o cümlədən deformasiyalara və dağılmalara məruz qalmış konstruksiyaların və ya onların ayrı-ayrı hissələrinin bərpası, səmərəli və möhkəm elementlərlə əvəz edilməsi, yol örtüyünün, hamarlılığının, ilişmə keyfiyyətlərinin yaxşılaşdırılması ilə bağlı işlər kompleksi. Yolların təmiri növlərinə görə cari, orta və əsaslı olurlar. |
| Avtomobil yollarının yaradılması | Müvafiq proqramlar əsasında yol tikintisi məqsədi ilə torpaq sahələrinin ayrılması, elmi-tədqiqat, layihə-axtarış, tikinti-quraşdırma və yenidənqurma işlərinin aparılması. |