| Термин | Определение |
|---|---|
| Avtomobil yollarının yenidən qurulması | Mövcud yolun və yol qurğularının nəqliyyat-istismar göstəricilərinin yüksəldilməsi, yolun bütövlükdə və ya ayrı-ayrı hissələrinin daha yüksək texniki dərəcəyə keçirilməsi məqsədi ilə həndəsi parametrlərin normativ-texniki sənədlərin tələblərinə uyğun olaraq dəyişdirilməsi ilə müşayiət olunan işlər kompleksi. |
| Avtomobil yolu | Yol hərəkəti qaydalarına, dövlət standartlarına və digər normativ-hüquqi aktlara uyğun olan ölçülərə və kütləyə malik avtomobillərin, avtobusların, motosikletlərin müəyyənləşdirilmiş sürətlə təhlükəsiz və rahat hərəkətini təmin etmək üçün nəzərdə tutulan yol. |
| Avtomobil yolu təsərrüfatı | Tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq konkret ərazidə mövcud olan avtomobil yolları şəbəkəsinin, həmçinin onların inkişafı, saxlanılması və əlaqələndirilməsi ilə məşğul olan subyektlərin məcmusu. |
| Avtomobil yolunun istifadəçiləri | Öz ehtiyaclarını ödəmək və ya başqalarına xidmət göstərmək məqsədi ilə avtomobil yolları ilə hərəkət edən nəqliyyat vasitələrinin mülkiyyətçiləri, sürücülər və piyadalar. |
| Avtomobillər üçün dayancaq | Avtomobillərin xüsusi ayrılmış yerlərdə saxlanılaraq qorunması üzrə xidmət göstərən obyektdir. Bu növ obyektlər xüsusi razılıq və vergi orqanlarında qeydiyyat haqqında sənədlərə malik olduqdan sonra fəaliyyət göstərirlər. |
| Avtonom Kapital Qoyuluşu | bilavasitə, makroiqtisadi faktorlardan irəli gələrək iqtisadiyyatın müəyyən sahələrinə yönəldilən kapital qoyuluşu. |
| Avtonom Tarif | tərəflər arası razılaşmalardan asılı olmayaraq 30 tətbiq edilən tarif. Əsas etibarilə bu gömrük tariflərinə aid olunur |
| Avtonəqliyyat ilə daşımaların təşkilatçısı | Özünün və ya sifarişçinin adından sərnişinlərin və ya yüklərin daşınması, həmçinin avtomobil nəqliyyatı ilə daşımaların təşkili ilə əlaqədar müqavilələr bağlayan hüquqi və ya fiziki şəxs |
| Avtonəqliyyat vasitəsi | Sərnişin, yük və ya xüsusi avadanlığın avtomobil yolları ilə daşınması üçün nəzərdə tutulmuş mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitəsi (bir və ya bir neçə nəqliyyat vasitəsindən ibarət |
| Avuar | Xarici banka saxlanılmaq üçün qoyulmuş qiymətli kağız və qızıl, bir sözlə, hər hansı bir ölkə bankının xarici banklarda valyutası. |
| Axşam mədaxil kassası | Əməliyyat günündən sonra nağd pul və digər qiymətlilərin qəbulunu həyata keçirən mədaxil kassası. |
| Axtarış Tezaurusu | biliyin bu və ya digər müxtəlif sahələrinə, yaxud bu və ya digər məlumat növlərinə xarakterik olan terminləri əks etdirən lüğətdir. |
| Ayaqqabıların təmiri və tikişi üzrə emalatxana | Sifariş əsasında ayaqqabıların tikilməsi, təmiri, təmizlənilməsi, rənglənməsi və onların ayrı-ayrı hissələrinin hazırlanması ilə məşğul olan məişət xidməti obyektidir. Bu növ obyektlər qanunla müəyyən olunmuş qaydada xüsusi ayrılmış sahələrdə köşklər şəklində və ya binaların birinci mərtəbələrində, yaxud məişət evlərində yerləşdirilir. |
| Ayıların Koll Spredit | – aşağı “daxili dəyərlə” alqı opsionunun əldə edilməsinin yuxarı dəyərlə alqı opsionunun satışı ilə uyğunlaşdırılması, əlaqələndirilməsi. |
| Ayırıcı zolaq | Yolun ayrılmış elementi olub, yanaşı yerləşən hərəkət hissələrini bir-birindən ayıran, lakin nəqliyyat vasitələrinin hərəkəti və ya dayanması, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulmayan hissəsidir. |