I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
Konstitusiya
Поиск терминов в глоссарии (разрешены регулярные выражения)
Термин Определение
Ayırmalar

müəssisənin, firmanın etdiyi müxtəlif ödəmələri, xərcləri.

Aylıq Köçürmə

qiymətli kağızın sahibinə köçürülən faizin və əsas kapitalın ümumi məbləği.

Ayrı-ayrı mal qrupları üzrə ixtisaslaşmış dükanlar

Ticarət sahəsi 100—1000 kv.m-dək olub, ayrı-ayrı qeyri-ərzaq mallarının satışı ilə məşğul olur. İxtisaslaşmasına uyğun olaraq avadanlıqlarla təmin olunur (mebel, tikinti materialları, paltar, ayaqqabı, təsərrüfat malları, ətriyyat və s.).

Ayrılıqda yerləşən hidrotexniki qurğular

Meliorasiya və irriqasiya sistemlərinə daxil olmayan, suların istehlakçılara çatdırılmasını, meliorasiya sistemlərinin köməyi ilə artıq suların kənara axıdılmasını, torpaqların su eroziyasından və sürüşmədən mühafizəsini təmin edən mühəndis qurğuları, tikililəri və qoruyucu meşə əkinləri.

Azad Bazar

qiymətlərin, xarici amillərin təsirindən asılı olmayaraq, yalnız tələb təklifə müvafiq müəyyən edildiyi bazar. 

Azad Oferta

 bir neçə alıcıya təklif olunun və bazarın öyrədilməsi üçün satıcı tərəfindən istifadə edilən oferta. 

Azad Sahibkarlıq Zonası

sərmayələrin cəlb olunması və iş yerlərinin açılması üçün hökumətin hər cür iqtisadi şərait (vergi və gömrük güzəştləri vermək, qeydiyyat maneələrini aradan qaldırmaq və s.) yaratdığı ərazidir

Azad Ticarət Siyasəti

əsasən tələb və təklifin azad şərtləri altında, beynəlxalq ticarətin inkişafına imkan yaradan siyasətdir.

Azadlığın məhdudlaşdırılması

İttiham hökmü çıxarılanadək on səkkiz yaşı tamam olmuş məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə saxlanılmasından ibarətdir.

AZİPS

Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar Sistemi.

Aztəminatlı ailə

Orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə.

Azərbaycan malları

Mənşə ölkəsi Azərbaycan Respublikası olan və ya Azərbaycan Respublikası ərazisində sərbəst dövriyyə üçün buraxılmış mallar.

Azərbaycan Respublikası ərazisindən tranzit

Gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınma.

Azərbaycan Respublikasının gömrük tarifi

Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin Əmtəə nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusu.

Azərbaycan Respublikasının gömrük ərazisi
Azərbaycan Respublikasının quru ərazisindən, daxili sulardan, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsindən (o cümlədən onda yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanından ibarətdir.
Go to top